Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 226-ya çatdı - YENİLƏNİB

10:17

Meksikada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 226 nəfərə çatıb.

Mynews.az "RİA Novosti"-ə istinadən verdiyi xəbərə görə, bu barədə Meksikanın qəza-xilasetmə xidmətinin rəisi Luis Felipe Puente özünün "Twitter" mikrobloqunda yazıb. 

Onun sözlərinə görə, ən çox ölüm halı Mexikoda qeydə alınıb - 117 nəfər. 

---------

09:51

Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb. 

Mynews.az xəbər verir ki, təbii fəlakət nəticəsində həlak olanların sayı 224-ə çatıb.

----------

08:04

Meksikada baş verən dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 149 nəfərə çatıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ölkənin xilasetmə xidmətinin başçısı Felipe Punte Twitter səhifəsində yazıb.

55 nəfər Morelos, 32 nəfər Puebla, 10 nəfər Mexiko və 3 nəfər Qerrero ştatlarında ölüb. Daha 49 nəfər isə ölkənin paytaxtı Mexiko da həlak olub.

Qeyd edək ki, Meksikanın Puebla de Saraqosa şəhəri yaxınlığında 7,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar UTC vaxtı ilə saat 18:14-də baş verib. Zəlzələ Puebla de Saraqosa şəhərindən 49 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 60 km dərinlikdə olub.

---------

07:58

Meksikanın Morelos ştatında zəlzələ nəticəsində azı 42 nəfər ölüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ştatın qubernatoru Graco Ramirez Twitter səhifəsində yazıb.

Qeyd edək ki, Meksikanın Puebla de Saraqosa şəhəri yaxınlığında 7,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar UTC vaxtı ilə saat 18:14-də baş verib. Zəlzələ Puebla de Saraqosa şəhərindən 49 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 60 km dərinlikdə olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...