Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkiyədə partlayış - ölü sayı artdı YENİLƏNİB

Türkiyənin Şanlıurfa vilayətində partlayış baş verib.

Türkiyənin Şanlıurfa vilayətində törədilən partlayış nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

Mynews.az “Milliyet”-ə istinadən verdiyi xəbərə görə,  partlayışdan sonra əmələ gələn dağıntılar altından kişi meyiti tapılıb.

Viranşehir rayonunda baş verən hadisə nəticəsində yaralananların sayı 18-ə çatıb. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Bundan əvvəl minalanmış avtomobilin partladılması nəticəsində 3 yaşlı uşağın öldüyü, 15 nəfərin xəsarət aldığı bildirilirdi. Dəqiqləşdirilmiş məlumata görə, insident nəticəsində həyatını itirən uşaq 11 yaşlı Əhməd Oqtay Günak olub. Partlayışın PKK tərəfindən törədildiyi bildirilir.

***

Mynews.az “Anadolu” agentliiynə istinadən verdiyi xəbərə görə, vilayətin Viranşehir rayonunda minalanmış avtomobilin partladılması nəticəsində 3 yaşlı uşaq ölüb, 15 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanalara yerləşdirilib. Polis qüvvələri ərazini nəzarətə götürüb.

Şanlıurfa valisi Güngör Azim Tuna, ilkin məlumatlara görə, 18-20 yaşlı şəxsin Yenişehir məhəlləsində bomba yüklü avtomobil saxladığını söyləyib.

 “Hadisə nəticəsində 3 yaşında bir uşaq həyatını itirib. 15 civarında yarası ağır olmayan xəsarət alan var. Yaralıların müalicəsi xəstəxanada davam edir” deyə G. Tuna bildirib.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...