Ermənistanda ÖLKƏNİ VİRAN QOYACAQ üsyan hazırlanır: - Böyük üsyan günü
Ermənistan vətəndaşları arasında xalq üsyanına hazırlıq gedir. Bu barədə müxalif “Yerkir Tsirani” partiyasının sədri Zaruhi Postancyan bildirib.
“Ermənistan və Qarabağda, həmçinin bütün dünyada ermənilərin yaşadığı şəhərləri əhatə edən ümumerməni üsyanı günü elan olunmalıdır. Biz bu cür fəaliyyət vasitəsilə hakimiyyətə etimadsızlıq göstərir və onu inkar edirik”, – Postancyan deyib.
Hazırki prezident Serj Sarkisyanın baş nazir vəzifəsində qalması haqda fikirlərə gəlincə, Postancyan qeyd edib. “Bizim üçün vacib deyil, baş nazir Sarkisyandır, yoxsa Karen Karapetyan. Ya da Respublikaçılar partiyasından Tiqran adlı bir şəxs. Bizim üçün vacib olan 25 il ərzində fəaliyyətdə olan rəhbərlərin idarəetmədə olmamasıdır.
Hesab edirik ki, adlar dəyişdikdə heç nə dəyişməyəcək. Gərək bütün idarəetmə sistemini sökək və yerində yeni sistem yaradılsın”. (azvision.az)
Dünya
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
- İranda məktəbli oğlan anasının baş örtüyü ilə özünü asdı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 933 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 579 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 571 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 571 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 567 dəfə oxunub