Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Son dəqiqə! - Trampdan Şimali Koreya haqqında şok qərar

ABŞ prezidenti Donald Tramp Şimali Koreya barədə şok qərar qəbul edib

Mynews.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, Trampın qərarına görə, bundan sonra Şimali Koreya ilə ticarət əlaqəsində olan bütün bank və şirkətlərə qarşı sanksiyalar tətbiq ediləcək.

Bu barədə Tramp Nyu-Yorkda Əfqanıstan prezidenti Əşrəf Qəni ilə görüşdən əvvəl deyib. Onun sözlərinə görə, ABŞ Şimali Koreyaya qarşı əlavə sanksiyalar planlaşdırır.

“Sanksiyalar çərçivəsində Şimali Koreya ilə birlikdə çalışan, onlarla ticarət əlaqələri olan bütün şirkət və banklar bizim dəstəyimizdən məhrum olacaq. Bütün şirkətlərə və banklara sanksiyalar tətbiq ediləcək”, - deyə Tramp bildirib

Amerika rəhbərinin sözlərinə görə, Şimali Koreya ilə sıx ticarət əlaqəsində olan Çinin Mərkəzi Bankı da sanksiyalara məruz qalacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...