Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ərdoğanın Nyu-Yorkdakı çıxışına etiraz edən 5 nəfər saxlanıldı - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu-Yorkdakı çıxışına etiraz edən 5 nəfər saxlanılıb.

Mynews.az Trend-ə istinadən bildirir ki, R.T.Ərdoğan Türkiyə-ABŞ Milli Komitəsinin tədbirində çıxış edən zaman bir kişi "Sən terrorçusan. Mənim ölkəmdən rədd ol" deyə qışqırıb. Bundan sonra zalda dava düşüb.

Nyu-York polisi 5 nəfərin saxlandığını, lakin onların həbs edilmədiyini bildirib. Xəsarət alan yoxdur.

Rəsmi Ankara insidentin ABŞ hakimiyyətinin təhlükəsizlik tədbirləri görməkdən imtina etməsinə görə baş verdiyini bəyan edib.

Türkiyə mətbuatı etiraz edənlərin PKK terror təşkilatının üzvləri olduğu yazır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...