"Ölkədə fahişəlik ayaq açıb, yeriyir" - Erməni deputatın ETİRAFI
“Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” adlı Bakıda keçirilən beynəlxalq konfransda iştirak edən Ermənistan parlamentinin deputatı Mane Tandilyan ölkəsində gender bərabərliyinin vəziyyətindən danışıb.
Mynews.az apa-ya istinadən xəbər verir ki, o, Ermənistanda gender bərabərliyinin qanunvericilikdə əksini tapdığını, mərkəzi inzibati strukturlarda da bu sahədə problem olmadığını deyib.
M. Tandilyan buna misal olaraq Ermənistanda kənd təsərrüfatı sahəsində çalışanların 50 faizdən çoxunun qadın olduğunu bildirib.
Bununla belə, erməni deputat deyib ki, Ermənistan parlamentində qadınların sayı Gürcüstandakından azdır: “Yerlərdə inzibati orqanlarda, siyasi partiyalarda da qadınların sayı azdır. Biz artıq şərt kimi irəli sürürük ki, siyasi partiyalarda qadınların sayı artsın.
Bizdə eyni zamanda fahişəliklə mübarizəyə də önəm verilir. Çünki bu, zərurətə çevrilib. Eyni zamanda selektiv abortların qanunla qadağan edilməsi təklifini də irəli sürmüşük. Bizdə təəssüf ki, hələ məişət zorakılığı ilə bağlıq qanun yoxdur, amma planlaşdırmışıq ki, yaxın zamanda müzakirəyə çıxarılsın”.
Dünya
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 954 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 926 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 916 dəfə oxunub