Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Miss Türkiyə - 2017”-nin qalibinin tacı əlindən alındı

Xəbər verdiyimiz kimi, İstanbulda “Miss Türkiyə - 2017” gözəllik müsabiqəsinin final mərhələsi keçirilib. Münsiflər heyətinin rəyi ilə birinci yerə Itır Esen layiq görülüb.

Mynews.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Itır Esenin sosial mediada “15 iyul şəhidləri” ilə bağlı paylaşımı onun tacının əlindən geri alınmasına səbəb olub. I.Esen bundan sonra yarışma ilə bağlı bütün fotoşəkillərini sosial şəbəkədəki hesabından silib. Daha sonra açıqlama yayaraq, əvvəlki paylaşımı üçün hər kəsdən üzr istəyib.

Müsabiqənin təşkilatçılarının rəyi ilə ikinci yeri qazanan Aslı Sümenbirinci seçilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...