Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Prezidentin öldürülən qardaşının - SON ŞƏKLİ

Şimali Koreya lideri Kim Çen Inın Malayziyada öldürülən ögey qardaşı Kim Çen Namın sui-qəsddən sonrakı fotosu yayılıb.

Publika.az xəbər verir ki, Malayziyanın “Nyu Steyts Tayms” qəzetində yer alan xəbərdə Kim Çen Namın və polisin yaydığı 4 şübhəlinin şəkli yayımlanıb.

Qeyd edək ki, xəbər qəzetin manşetində yer alıb.

Xatırladaq ki, Şimali Koreya prezidentinin ögey qardaşı hava limanında sui-qəsd nəticəsində ölüb. Onun ölümündə şübhəli bilinən şəxslər arasında öz qardaşı da var.

Malayziyada Kim Çen Namın tibbi ekspertizası aparılsa da, Şimali Koreya həmin nəticəni qəbul etməyəcəyini bəyan edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...