Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yaponiyanın müdafiə nazirinə xəbərdarlıq - Paytaxtı tərk etmə

Şimali Koreya ətrafında yaranmış vəziyyətin kəskinləşməsi ilə əlaqədar Yaponiyanın müdafiə naziri İtsunori Onodereyə ölkə paytaxtı Tokionu tərk etməmək əmri verilib.

Mynews.az Report-a istinadən xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin mətbuat xidməti baş nazir Şindzo Abenin bu haqda əmr imzaladığını bildirib.

İnformasiyaya əsasən, oktyabrın 22-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar müdafiə naziri Tokiodan kənarda olub. Ona görə də baş nazir onun ölkə paytaxtından çıxmamasına dair əmr verib.

“Təhlükəsizliyin təmin olunması baxımından seçki kampaniyası çox ciddi mərhələdir. Hökumət başçısı mənə paytaxtda qalmağım və Yaponiyanın müdafiə problemləri ilə məşğul olmağım barədə göstəriş verib. Belə bir tapşırıq nazirlər kabinetinin baş katibi Yosixide Suqaya da (hökumətdə ikinici şəxs - red.) verilib”, - deyə müdafiə naziri vurğulayıb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...