Azərbaycanlı tələbəni yeyən ər-arvadın evindən GÖRÜNTÜLƏR - VİDEO
Rusiyanın Krasnodar diyarında adamları qətlə yetirərək yeyən ərlə arvadın yaşadığı evin görüntüləri yayımlanıb.
Mynews.az apa.tv-yə istinadən xəbər verir ki, səliqəsiz vəziyyətdə olan mənzildə ilk gözə dəyən döşəməyə səpələnmiş müxtəlif kitablar, qutular və digər əşyalar olub.
Xatırladaq ki, bir neçə gün əvvəl Krasnodarda qətldə şübhəli bilinən yerli sakin - Dmitri Bakşeyev saxlanılıb. Araşdırmalar nəticəsində məlum olub ki, o, sentyabrın 8-də tanış olduğu qadınla mübahisə zamanı onu qətlə yetirib. Daha sonra isə qadını hissələrə bölərək selfi çəkdirib. Bundan bir neçə gün sonra isə həmin telefon yol tikintisində çalışan fəhlələr tərəfindən tapılaraq polisə təhvil verilib.
Sosial şəbəkələrdə yayımlanan bu fotolardan sonra izləyicilərin yazdığı rəylərdən məlum olub ki, uzun zamandır 30 krasnodarlı yoxa çıxıb.
Hazırda Dmitri Bakşeyevlə birgə onunla əlbir olduğu iddia edilən, tibb bacısı işləyən həyat yoldaşı da həbsdədir. Sonuncu qətlə yetirilən qadının kimliyi də məlumdur. O, Omutininsk qəsəbə sakinidir. Qadının yaxınları axtarılır.
Ərlə arvadın uzun zamandır insanları öldürərək yediyi iddia edilir. Bundan başqa, qətlə yetirilənlərin bölünmüş hissələrindən konservlər hazırlanıb, dondurulmuş vəziyyətə salınıb.
Mənzildən insan ətindən necə yemək hazırlanması barədə yazılan reseptlər də tapılıb.
Qətlə yetirilərək yeyilənlər sırasında isə bir azərbaycanlı gəncin də olduğu ehtimal edilir. Bir çox ehtimallara görə, azərbaycanlı gənc, 2014-cü ilin dekabr ayında itkin düşmüş, Fyodr Uşakov adına Hərbi Dənizçilik Akademiyasının 5-ci kurs müdavimi olmuş Arif Koroğluyevdir.
Dünya
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
- İranda məktəbli oğlan anasının baş örtüyü ilə özünü asdı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 958 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 917 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 909 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 908 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 905 dəfə oxunub