Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Ərimdən daha çox qazanıram"

"Beşiktaş"lı futbolçu Dusko Tosikin xanımı, serbiyalı müğənni Jelena Karleusa maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Mynews.az Axşam.az-a istinadən məlumatına görə, İstanbulda ilk dəfə konsert verən 39 yaşlı sənətçi jurnalistlərin suallarını cavablandırıb. 

O, türkiyəli müğənnilərdən Tarkan, Sezen Aksu, Mustafa Sandal ilə duet oxumaq istədiyini bildirib.

Həyat yoldaşı haqda da danışan Jelena ərindən daha çox pul qazandığını bildirib:

“Ölkəmdə məşhur ifaçıyam. 22 ildir bu sənətdəyəm. Amma burada Duskonun xanımı kimi tanınıram. Bir sirr açım: Mən bir ildə Tosikin qazandığı məbləğdən daha çox pul qazanıram”.





Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...