Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Pəncərədən arvadının xəyanətini gördü - Yarıçılpaq halda çörək bıçağı ilə ... - VİDEO

Türkiyənin Muğla vilayətində Ferit Ali Karaüç yaşadığı binanın birinci mərtəbəsində arvadının söhbət etdiyi kişini bıçaqlayaraq öldürüb. 

Mynews.az Haberler-ə istinadən xəbər verir ki, Ferit Ali Karaüç evdən çıxan həyat yoldaşı Cansu Karaüçü binanın birinci mərtəbəsində Murat Ünaldı ilə söhbətləşərkən görüb. Bunu evinin pəncərəsindən görən Ferit Ali Karaüç yarıçılpaq halda, ayağı yalın vəziyyətdə mətbəxdən bıçağı götürərək qaçaraq dərhal aşağı düşüb. Çörək bıçağı ilə arvadıyla söhbət edən kişini sinsindən bıçaqlayıb. Yaralıya kömək etmək istəyən ətrafdakı sakinləri əlindəki bıçaqla təhdid edən Karaüç onları ərazidən uzaqlaşdırıb.

Qısa zamanda olay yerinə gələn polislər Ferit Ali Karaüçü saxlayıblar. Ünaldı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin bütün müdaxilələrinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb. 

Qətl anı təhlükəsizlik kamerası tətərfindən anbaan qeydə alınıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...