Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

4 uşağını evdə tək qoyub istirahətə getdi

ABŞ-da filmlərdəki anları xatırladan hadisə baş verib.

Mynews.az Metbuat.az-a istinadən bildirir ki, 30 yaşlı Erin Li Meyk adlı qadın 4 azyaşlı övladını evdə tək qoyaraq Almaniyaya tətilə yollanıb. Uşaqların tək qaldıqlarını görən qonşular bu haqda polisə məlumat verib. Evə gələn hüquq mühafizə orqanları uşaqların vasitəsiylə qadınla əlaqə saxlayıb.

O, həyat yoldaşından ayrıldığını, övladlarına baxmaq üçün dayə tapa bilmədiyini söyləyib. Polis uşaqları nəzarətdə saxlayıb. Axtarışlar zamanı evdə boş silah aşkarlanıb.

6 gün sonra geri qayıdan qadın polis tərəfindən saxlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...