Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tibb sahəsində Nobel mükafatçılarının adları açıqlandı

Bu il tibb və fiziologiya sahəsində Nobel mükafatı Cefferi Holl, Maykl Rosbaş və Maykl Yanqa verilib.

Mynews.az TASS-a istinadən xəbər verir ki, mükafatçıların üçü də ABŞ-da anadan olub və yerli universitetlərdə işləyirlər.

Onlar insan orqanizmində “molekulyar saat mexanizminin dövriyyəsi"ni kəşf etdikləri üçün bu mükafata layiq görülüblər.

Qeyd edək ki, oktyabrın 3-də fizika, oktyabrın 4-də isə kimya sahələrində laureatların adları açıqlanacaq. 

Nobel Sülh Mükafatına layiq görüləcək şəxsin adı oktyabrın 6-da elan olunacaq. 

Oktyabrın 9-da isə iqtisadiyyat sahəsində Nobel mükafatını qazanan alimin adı məlum olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...