Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

40 dəqiqə ərzində hər şey partlayacaq - BOMBA HƏYƏCANI

Rusiyada “telefon terror”u çərçivəsində növbəti xəbərdarlıq edilib.

Nijni Novqorodda məktəblərə və Nijni Novqorod Kremli adlanan binaya partlayışı qurğuların qoyulması barədə zəng daxil olub.
Məlumata görə, meşə təsərrüfatı departamentinə zəng vuran naməlum şəxs binalarda bombaların qoyulduğunu və 40 dəqiqə ərzində hər şeyin partlayacağını bildirib. Daha sonra isə həmin şəxs Fövqəladə Hallar Nazirliyinin yerli idarəsinə zəng vurub.

Bundan sonra həyəcan siqnalı verilib və təxliyyə başlanıb.
Hazırda təhlükəsizlik gücləri binalarda axtarış aparırlar.

Xatırladaq, 2017-ci ilin 11 sentyabrından bütün Rusiya üzrə minlərlə obyekt - inzibati binalar, ali məktəblər, orta məktəblər və ticarət mərkəzləri “minalanıb”. Yalnız Stavropolda binalara partlayıcı qurğuların yerləşdirildiyi barədə zənglərin sayı 300-dən çox idi. Ümumilikdə, Rusiyanın 11 regionunda binalar “minalanıb”. Telefon terrorçuları hətta Çeçenistan Respublikasına qədər çatıblar. “Telefon terror”unun başlandığı 11 sentyabrda bir gün ərzində binaların minalanması barədə 242 anonim zəng edilib. Onlarla Rusiya şəhərinin anonim “minalaması” yeni texnologiyaların sayəsində mümkün olub.

Zənglər barəsində ən müxtəlif versiyalar səslənirdi: Ukraynanın “kiber müharibəsi”ndən psixi problemləri olan insanların zənginə qədər.
Rusiya KİV-i bir neçə gün əvvəl ölkədə telefon terrorizmi dalğasının təşkilində əsas şübhəlinin adını yazıb.

 publika.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...