Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

BİABIRÇILIQ! - Ana 4 yaşlı qızını çılpaq kişiyə...

Muzeydə çəkilən görüntülər sosial şəbəkələrdə ciddi şəkildə qınanılıb.

Braziliyanın Sao Paulo şəhərindəki muzeydə çəkilən kadrlar izləyiciləri narahat edib.

Görüntülərdə 4 yaşlı qızın yerdə çılpaq halda uzanan rəssamın bədəninə toxunmağa cəsarətləndirilməsi əks olunub.

Kadrlara görə, 4 yaşlı qız yerdə lüt halda uzanan rəssamın ətrafinda iməkləyib, anası isə onu məcbur edib ki, qızı çılpaq kişinin bədəninə toxunsun. Uşaq rəssamın əlinə, ayaqlarına toxunduqdan sonra, anası da ona qoşulub.

Videonu görən şəxslər rəssamı sərt şəkildə təndiq ediblər. Onlar Wagner Schwartz-ın bu hərəkətini pedofillik, pornoqrafiya adlandırıblar.

20 ildən çoxdur ki, bu sənətdə olan, Braziliyanın müxtəlif şəhərlərindəki muzeylərdə sərgi təşkil edən Schwartz çılpaq halda sərgidə uzanmasını "incəsənət" adlandırıb. O bildirib ki, tanınmış braziliyalı rəssam Lydia Clark-dan ilhamlanaraq belə hərəkət edib.

Muzeyin mətbuat xidmətinin rəhbəri isə sərgidə qanunsuzluq olmadığını söyləyib. O bildirib ki, anası ilə birlikdə sərgiyə qatılan 4 yaşlı qız özü də rəssam olmaq istəyir.

milli.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...