Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nişanlı cütlüyün başına pəncərə düşdü

Türkiyənin Əskişəhər şəhərində bədbəxt hadisə baş verib. Mynews.az Habertürk-ə istinadən xəbər verir ki, küçədə yeriyən nişanlı cütlüyün başına pəncərə düşüb. Binanın 3-cü mərtəbəsindəki mənzilin pəncərəsinin yerindən çıxıb küçəyə düşməsi zamanı Qəmzə Kara adlı qız başından ağır xəsarət alıb. Onun nişanlısı Ersin Akbulut isə yüngül zədələrlə canını qurtarıb.

Bildirilir ki, başına pəncərə düşən cütlük toya hazırlaşırmış və hadisə vaxtı alış-verişə gedirmiş.

Reanimasiya şöbəsinə yerləşdirilən qızın həyatına təhlükə qalmaqdadır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...