Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kim Çen İnın qardaşını belə öldürdülər - VİDEO

Şimali Koreyanın Kuala-Lumpurdakı səfiri Malayziya xarici işlər nazirliyinə çağırılıb.

Mynews.az apa.az-a istinadən bildirir ki, bu barədə “Kyodo” agentliyi məlumat verib.

Səfirin çağırılmasının səbəbləri hələ ki, açıqlanmır. Ehtimala görə, bu, KXDR lideri Kim Çen Inın böyük qardaşı Kim Çen Namın ölümü ilə bağlıdır. 

Kim Çen Inın 46 yaşlı qardaşına qarşı sui-qəsd fevralın 14-də, Kuala-Lumpur aeroportunda törədilib. Hadisə ilə əlaqədar Malayziya polisi 4 nəfəri saxlayıb. Ölümün dəqiq səbəbi hələlik müəyyən edilməyib. İlkin versiyaya əsəsən, Kim Çen Namı Kuala-Lumpur hava limanında iki qadın zəhərləyib, hücum zamanı yüksək toksiki təsirli “VX” maddəsindən istifadə olunub. Bu gün İnternetdə Kuala-Lumpur hava limanında baş verən hadisənin videogörüntüləri yayımlanıb. Kim Çen Nam xəstəxanaya aparılarkən yolda keçinib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...