Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qadın onunla zorla intim əlaqədə olan ərini polisə verdi - məlum oldu ki... - FOTOLAR

Adanada narkotik maddə asılısı olan 29 yaşlı Bilal G. 1 yaşlı oğlu H.G.-nin əlində siqaret söndürüb, onu döydüyü, arvadı Ö.G.-ya isə təcavüz etdiyi iddiası ilə saxlanılıb.

Bilal G. 6 il öncə Ö.G. ilə evlənib yaşları 1-5 arasında dəyişən 4 uşaq sahibi olub. İddiaya görə, narkoman olan Bilal G. tez-tez həyat yoldaşı və uşaqlarına işgəncə verib. Oğlu H.G.-ni döyüb, vücudunda siqaret söndürdüyü deyilən Bilal G.-nin hərəkətlərindən cana yığılan ana Ö.G. polisə şikayət edib.

ZORLA İNTİM ƏLAQƏDƏ OLUR

Polis bölməsində ifadə verən Ö.G.: "6 illik ərim uşaqlarımın yanında narkotik maddələr qəbul edir, uşaqlarımı və məni döyür. Oğlum H.G.-nin əlində siqaret söndürdü. Yanıq və zərbə izləri uşağımın bədənində açıq-aydın görünür. Uşağımı başqasına vermək istəyir. Mən etiraz edəndə də oğluma işgəncə verir. Bundan başqa mənlə zorla intim əlaqədə olur, istəməsəm belə bunu edir", - deyib.

Polislər Ö.G. və 4 uşağını tibbi müayinədən keçirərək sığınacağa yerləşdiriblər. Saxlanılaraq bölməyə gətirilən Bilal G.-nin isə barəsindəki iddiaları rədd etdiyi məlum olub.

milli.az
Qadın onunla zorla intim əlaqədə olan ərini polisə verdi: məlum oldu ki... - FOTO

Qadın onunla zorla intim əlaqədə olan ərini polisə verdi: məlum oldu ki... - FOTOQadın onunla zorla intim əlaqədə olan ərini polisə verdi: məlum oldu ki... - FOTOQadın onunla zorla intim əlaqədə olan ərini polisə verdi: məlum oldu ki... - FOTO

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...