NATO PA-nın komitə iclasları başlayır
Bu gün Rumıniyanın paytaxtı Buxarestdə NATO Parlament Assambleyasının (PA) 63-cü növbəti illik sessiyasının komitə iclasları keçiriləcək.
Mynews.az Report-a istinadən xəbər verir ki, iki gün davam edəcək iclaslarda Siyasi, Müdafiə və Təhlükəsizlik, Elm və Texnologiyalar, İqtisadiyyat və Təhlükəsizlik komitələrində Qara dənizdə Siyasi və Təhlükəsizlik İnkişafları, Suriya və İraqda müharibələr və humanitar aspektləri, Ballistik raketdən müadfiə və NATO-Avropa İttifaqı əməkdaşlığı, Avropanın müdafiə sənayesi bazasının vəziyyəti, Yaxın Şərqdə və Şimali Afrikada ərzaq və su təhlükəsizliyi və digər məsələlər müzakirə olunacaq.
Oktyabrın 9-da isə sessiyanın plenar iclası keçiriləcək. İclasa NATO baş katibi Yens Stoltenberq və Rumıniya prezidenti Klaus Yohannis də qatılacaq.
Sonda plenar iclasının yekun qətnaməsi qəbul olunacaq.
Qeyd edək ki, NATO PA-nın 63-cü illik iclasında Azərbaycanı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev, Kamran Bayramov təmsil edəcək.
Dünya
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 596 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 582 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 574 dəfə oxunub