Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qəza törədən ana körpəsini qoyub itini xəstəxanaya apardı - VİDEO

Tayvanda qəza törədən qadın, maşından çıxararkən başı üstə yerə düşən körpəsini qoyub itini xəstəxanaya apardı. Körpə, beyin qanamasından komaya girdi.

Lin adlı qadın, maşını park etmək istəyərkən maşını elektrik dirəyinə vurub və qəza törədib. Qəzadan sonra körpəsini maşından çıxarıb getmək istəyərkən uşaq əlindən yerə düşüb. 

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, ana, başı üstə yerə düşən körpəsini yanında olan rəfiqəsinə əmanət edib və itini götürüb sürətlə xəstəxanaya gedib. Daha sonra hadisə yerinə gələn təcili yardım işçiləri, körpə və ananın rəfiqəsinə ilk müdaxilə etdikdən sonra xəstəxanaya aparıblar. Körpənin vəziyyətinin ağır olduğu bildirilib.

Polis, ananın qəza anında sinəsindən zərbə aldığını və rəfiqəsinin həm körpəyə, həm də itə baxa bilməyəcəyini düşündüyü üçün uşağı rəfiqəsinin yanında qoyduğunu deyib.

Həkimlər körpənin komada olduğunu və əməliyyat olunacağını bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...