Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Suriyada Rusiya hərbi təyyarəsi qəzaya uğradı

Rusiya Hava Kosmik Qüvvələrinə məxsus Su-24 bombardmançı təyyarəsi Suriyanın Hmeymim aerodromundan havaya qalxarkən qəzaya uğrayıb. İki pilot ölüb.

Mynews.az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.

“Oktyabrın 10-da Su-24 bombardmançı təyyarəsi Hmeymim (Suriya) aerodromundan havaya qalxmağa çalışarkən, uçuş-enmə zolağından kənara çıxaraq parçalanıb. Təyyarənin heyəti katapult etməyə imkan tapmayıb və həlak olub”, - deyə məlumatda bildirilir.

Müdafiə Nazirliyinin hadisə yerindən hesabatına əsasən, qəzaya təyyarənin texniki nasazlığı səbəb olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...