Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Cənubi Koreya Kim Çen Namın qətlində Şimali Koreyanı ittiham etdi

Cənubi Koreyanın prezidentinin səlahiyyətlərini yerinə yetirən, ölkənin baş naziri Xvan Ge An bəyan edib ki, Kim Çen Inın qardaşı Kim Çen Namın qətlinin arxasında “dəqiq” Şimali Koreya hakimiyyəti durur.  

Mynews.az -ın məlumatına görə, bu barədə “Renxap” məlumat yayıb. 

“Əgər Malayziya hakimiyyətinin (Kim Çen Namın qətli ilə əlaqədar) bəyanatını və digər məlumat və hadisənin fraqmentlərini üst-üstə gəlsək, Şimali Koreya rejiminin qətlin arxasında durduğunu anlayarıq”, - Xvan Ge An bəyan edib. 

Cənubi Koreya prezidentinin səlahiyyətlərini icra edən baş nazir qətli yolverilməz cinayət aktı adlandırıb və beynəlxalq ictimaiyyəti Pxenyandan bu terror aktı üçün təzminat ödəməyə məcbur etməyə çağırıb. 

Bundan başqa, Xvan Ge An KXDR tərəfindən digər təxribatlara da hazır olmağa çağırıb. 

Daha öncə internetdə Kim Çen Nama hücum anının əks olunduğu ehtimal edilən video yayılıb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...