Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tanınmaz vəziyyətə düşən çinlilər Koreyadan çıxa bilmədilər - FOTO

Cənubi Koreyada plastik əməliyyat olunan Çin vətəndaşları problemlə üzləşiblər. 

Mynews.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Çində elan olunan rəsmi tətildə kampaniya ilə ucuz təyyarə bileti alan 3 rəfiqə Cənubi Koreyaya gediblər.

Onlar burada çənə və burun əməliyyatları keçirdikdən sonra öncədən aldıqları biletlərin vaxtının keçməməsi üçün ölkələrinə geri dönmək məqsədilə hava limanına gediblər. Ancaq rəfiqələr aeroportda problemlə üzləşiblər. Belə ki, onların üzü əməliyyat olunandan sonra şişdiyi üçün tanınmaz vəziyyətə düşüb. Hava limanında Çin vətəndaşlarının pasport şəkilləri ilə üzləri uyğun gəlmədiyi üçün onlar sərhəddi keçə bilməyiblər və polis tərəfindən saxlanılıblar.

Qeyd edək ki, qanunlara görə, vətəndaşlar plastik əməliyyat üçün başqa bir ölkəyə gedəndə əməliyyat olduğuna dair pasport nömrəsinin olduğu sənəd almalıdırlar. Sözügedən rəfiqələrin də ölkədən çıxa bilmələri üçün klinikadan bu sənədi almaları şərtdir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...