Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Həbs etdiyi qızla nişanlandı - FOTOLAR

Antalyada məhkəmədə ifadə vermədiyi üçün polis bölməsinə aparılan jurnalist qız 25 yaşlı Tuğçe Saraç onu nəzarətə götürən 26 yaşlı polis serjantı ilə bir il sonra nişanlanıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, keçən il 23 oktyabrda Antalya Qəzetçilər Cəmiyyətinin təşkil etdiyi gəzintidən qayıdan və içərisində çoxlu sayda jurnalistin olduğu avtobus polis keçid məntəqəsində saxlanılıb. Kimlik yoxlanışı aparılan jurnalistlərdən Tuğçe Saraç əvvəl məhkəməlik olan bir məsələylə bağlı ifadə verməyə getmədiyi üçün avtobusdan düşürülərək bölməyə aparılıb.

Onu bölməyə aparan polis serjantı Yaşar Çamın da onun kimi Çorum bölgəsindən olduğunu öyrənən Tuğçe Saraç bir müddət söhbət edib. Təxminən 16 saat sonra sərbəst buraxılan Tuğçe Saraç Yaşar Çam ilə görüşməyə başlayıb.1 ay sonra sevgili olan cütlük ailələri də tanış olduqdan sonra evlənməyə qərar verib.

Həbs etdiyi qızla nişanlandı - FOTO

Həbs etdiyi qızla nişanlandı - FOTO

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...