Bağırsaqları çöldə doğulan körpə həkimləri dəhşətə gətirdi - FOTOLAR
Böyük Britaniyanın Karmarten şəhərində bağırsaqları bədəninin üstündə dünyaya gələn körpə hamını heyrətə gətirib.
Publika.az xəbər verir ki, qastroşizis diaqnozu qoyulan körpə həyatda qalmaq üçün mübarizə aparır. Bir növ qarın divarı xəstəliyi olan qastroşizis ana bətnində uşağın inkişafdan qalması səbəbindən baş verir. Uşağın bağırsaqları göbək bağı üzərində inkişaf etdiyi üçün dünyaya gələndə bağırsaqlar çöldə olur. Lakin bu prosesdə infeksiyaya yoluxma olmazsa, ölüm riski çox azdır.
Uşağın anası 21 yaşlı Xloye Ulets deyir ki, qızının yeni doğulduğu andakı vəziyyəti gözünün önündən getmir:
“Onu elə qanlar içərisində görmək mənə əzab verirdi. Bağırsaqları çöldə idi. Həkimlər deyir ki, bu çox nadir hallarda baş verir. Həkimlər dərhal bağırsaqlarını balaca bədəni üzərində bir yerə toplayıb onu 7 gün küvezdə saxladılar”.
Həkimlər uşağın vəziyyəti stabilləşdikdən sonra əməliyyatla bağırsaqları qarının içinə yerləşdiriblər. 14 gün sonra uşaq ailəsi ilə evə buraxılıb.
Dünya
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
- İranda məktəbli oğlan anasının baş örtüyü ilə özünü asdı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 984 dəfə oxunub
- Emin Ağalarov söz verdi 984 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 982 dəfə oxunub