Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Trampın arvadları arasında qalmaqal - ABŞ-ın birinci xanımı kimdir?

ABŞ prezidenti Donald Trampın birinci arvadı İvana yeni açıqlama verib.

Mynews.az ölkə.az-a istinadən xəbər verir ki, Trampın sabiq həyat yoldaşı intervyuların birində bildirib ki, ABŞ-ın birinci xanımı odur. İvana qeyd edib ki, hər zaman Ağ Evə zəng edə bilmə imkanı var. Amma o, bu imkandan istifadə etmir. Çünki telefona Melaniya cavab verə bilər.

Melaniya Tramp da bu ittihamları cavabsız qoymayıb. ABŞ-ın faktiki birinci xanımı bildirib ki, məhz onun səyləri nəticəsində Tramp ailəsi Vaşinqtonda ev əldə edib. İvananın bəyanatı isə özünüreklamdan başqa heç nə deyil.
Qeyd edək ki, bir müddət əvvəl Tramp arvadına anadan olduğu Çexiyada ABŞ-ın səfiri olmağı təklif edib. İvana isə bu təklifdən imtina edərək bildirib ki Amerikada onun ideal həyatı var.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...