Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

TRT-nin Bakıdakı rəhbəri kim olacaq?

TRT-nin Bakı təmsilçiliyinə yeni rəhbər təyin edilib.

Mynews.az-ın Qafqazinfo-ya istinadla məlumatına görə, təmsilçilyin yeni rəhbəri Murat Akkoçdur.

M.Akkoç uzun müddət “TRT AVAZ” Kanal koordinatoru olaraq fəaliyyət göstərib, Azərbaycan həqiqətlərinin “TRT AVAZ” kanalı vasitəsilə dünyaya çatdırılmasında müstəsna xidmətləri var.

TRT-nin bundan əvvəlki Bakı təmsilçisi Yıldıray Arslan isə vəzifə müddətinin başa çatması ilə əlaqədar Azərbaycanı tərk etməyə hazırlaşır. O, oktyabr ayında Türkiyəyə qayıdacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...