Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Köpək balığı dalğıca hücum çəkdi - VİDEO

Avstraliyanın qərbində dalğıc pələng köpək balığını görüntüləmək üçün suyun dərinliklərinə baş vurub.

Mynews.az  xəbər verir ki, Timoti van Bilen (Timothy van Beelen) adlı dalğıc suyun altında köpək balığını çəkərkən qəfildən köpək balığının hücumuna məruz qalıb.
Dalğıcın üzərinə hücum çəkən köpək balığı son anda geriyə çəkilərək ona xəsarət yetirməyib. Dalğıcın sözlərinə görə, köpək balığının bu hərəkəti onu bir daha narahat etməməyim üçün bir xəbərdarlıq idi.

Pələng köpək balıqları insan həyatı üçün təhlükəli hesab olunan dəniz canlılarıdır. Orta hesabla onların uzunluğu 5 metrə, çəkiləri isə 635 kiloqrama qədər olur.

İlk dəfə çəkisi 1 tona, uzunluğu isə 6 metrə yaxın olan pələng köpək balığı Ginnesin Rekordlar Kitabına salınıb. (publika.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...