Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

40 kişiyə satılan qız - "Ayaqlarım qorxudan titrəyirdi"

Samantha Ovens hələ 13 yaşı olarkən ən yaxın rəfiqəsinin onu 40 kişiyə necə "satdığı" haqda danışıb.

Mynews.az milli.az-a istinadən xəbər verir ki, İngiltərənin Çesterfild qəsəbəsində yaşayan 24 yaşlı Samantha Ovens rəfiqəsi Amanda Spenserin onun başına gətirdiyi iyrənc olayı açıqlayıb.

Samantha Amandanın ilk xoşagəlməz təklifinin mağazalardan oğurluq etmək olduğunu qeyd edib. Özündən 2 yaş böyük olan Amandadan 2006-cı ildə çox asılı olduğunu bildirən Samantha ən yaxın rəfiqəsinin verdiyi ayaqqabılara, yeməyə və içkiyə alışıb. Sonrasını belə izah edib:

"Bir gün Amanda öz pulumu qazanmaq istəyib-istəmədiyimi soruşdu.Onun qədər pul qazana biləcəyimi dedi. Sonra 4-5 oğlanın gözlədiyi evə apardı. Divarlarda çılpaq qadın şəkilləri var idi. Sonra bir azdan gələcəyini deyərək getdi. Bu oğlanların məndən nə istədiyini bildiyim üçün ayaqlarım qorxudan titrəyirdi. Hələ bakirə idim. Amandaya bunu etmək istəmədiyimi söyləsəm də, məni başından edərək getdi. Sonra otağa girən şəxs məni zorladı. Ağrı dözülməz idi, amma bu hələ başlanğıc idi. Amanda ertəsi gününün səhəri gələnə qədər daha iki dəfə zorlandım. Bu olaydan sonra tamami iə sındım."

Samantha onun vasitəsilə pul qazanmaq istəyən, içki və narkotik maddə alan ən yaxın rəfiqəsini itirməmək üçün 40-dan çox kişi ilə cinsi əlaqədə olub. Bir sevgilisi olub, amma Samantha hamilə qalınca o da tərk edib. 2012-ci ilin fevralında oğurluğa görə həbs edilən Samantha burada yaşadıqlarını danışmağa qərar verib. 2012-ci ilin sentyabrında oğlan övladı dünyaya gəlib.

Samanthanın ifadəsindən sonra 2014-cü ildə Amanda Spencer azyaşlını fahişəliyə məcbur etdiyi üçün 12 il azadlıqdan məhrum edilib. Hal-hazırda 26 yaşlı olan Spencer həbsxanadadır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...