Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Türkiyəyə gedir

ABŞ Dövlət Departametinin nümayəndə heyəti gələn həftə Türkiyəyə gedəcək. 

Mynews.az TASS-a istinadən xəbər verir ki, heyətə Dövlət Departamenti müşavirinin müavini Conatan Kohen başçılıq edəcək.

Amerikalı diplomatlar və Türkiyə rəsmilərinin Vaşinqtonla Ankara arasında yaranan viza böhranını müzakirə edəcəyi gözlənilir. 

Hazırkı böhranın həlli üçün iki ölkənin təmsilçilərindən ibarət komissiyanın yaradılması təklif olunub.

Qeyd edək ki, oktyabrın 11-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub. 

Tərəflər iki ölkə arasında vizaların verilməsinin qarşılıqlı olaraq dayandırılmasını müzakirə ediblər.

Oktyabrın 10-da isə Türkiyə baş nazirinin müavini Mehmet Şimşek viza böhranından sonra ilk dəfə olaraq ABŞ-a rəsmi səfərə gedib. “ABŞ-la problemlərimizi dialoq yolu ilə həll edəcəyik”, - deyə nazir "Twitter" səhifəsində yazıb.

Xatırladaq ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun bir əməkdaşının casusluqda ittiham olunaraq, həbs olunmasından sonra Vaşinqton Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna cavab olaraq Türkiyə ABŞ vətəndaşlarına vizaların verilməsini qeyri-müəyyən müddətə qədər təxirə salıb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...