Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Suriyada avtomobilin partlaması nəticəsində rusiyalı hərbçilər ölüb

Keçən həftənin cümə axşamı Suriyada Tiyas aerodromundan Homs istiqamətində hərəkət edən Suriya qoşunlarının karvanının tərkibində hərəkət edən avtomobilin partlayışı nəticəsində dörd rusiyalı hərbçi ölüb.  

Mynews.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

“2017-ci ilin fevralın 16-da Suriya Ərəb Respublikasında Tiyas aerodromundan Homs istiqamətində hərəkət edən Suriya qoşunlarının karvanının tərkibində hərəkət edən avtomobilin partlayışı nəticəsində dörd rusiyalı hərbçi ölüb”, - məlumatda deyilir. 

Ölən dörd nəfərdən başqa, daha iki nəfər yaralanıb. Rusiyalı hərbi həkimlər onların həyatı üçün mübarizə aparır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...