Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Trampdan İranla bağlı - GÖZLƏNİLMƏZ QƏRAR - VİDEO

ABŞ prezidenti Donald Tramp nüvə proqramı ilə əlaqədar İrana qarşı sanksiyaların bərpasını təklif etməyəcək.

Ölkə.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Barak Obama dövründə İranla razılaşdırılan nüvə sazişindən imtina etməyəcək.

Çıxışı zamanı R.Tillerson bildirib ki, ABŞ administrasiyası İrana qarşı yeni strategiya tətbiq etmək niyyətindədir. Diplomatın sözlərinə görə, İranın nüvə proqramına dair bir neçə meyar təklif ediləcək. Onlar pozulduğu halda Tehrana qarşı sanksiyalar avtomatik olaraq bərpa ediləcək.

“Trampın təklifinə görə, İran hər 90 gündən bir ABŞ hökumətinə müqavilənin bəndlərinin pozulmaması barədə hesabat təqdim etməlidir. Lakin biz inanmırıq ki, İran bu razılığa gəlsin”, - deyə R.Tillerson qeyd edib.
Qeyd edək ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Qəbul edilmiş qətnamə İranın nüvə proqramı ilə bağlı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.

Xatırladaq ki, Amerika mətbuatı oktyabrın 13-də Trampın İranla bağlı son qərar verəcəyi barədə məlumatlar vermişdi. Bildirilirdi ki, Tramp Vaşinqtonun İranla bağlı strategiyasına dair nitq söyləyəcək. Bu barədə Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders bildirib. Onun sözlərinə görə, məhz bu çıxışında Tramp İranla bağlanmış nüvə sazişinə dair qərarını bildirəcək. 

“Prezident cümə günü saat 12.45-də (Bakı vaxtı ilə 20.45-də) strategiya ilə bağlı nitq söyləyəcək”, - deyə S.Sanders bildirib.

Bir neçə gün bundan əvvəl "Washington Post" qəzeti Trampın bu barədə qərarından yazmışdı. Bildirilirdi ki, ABŞ prezidenti Donald Tramp İranla imzalanan nüvə müqaviləsini 12 oktyabr tarixində ləğv etməyə hazırlaşır. Yazılanlara görə, vəzifəyə başladığı gündən İranla imzalanan nüvə müqaviləsini tənqid edən Tramp yeni həmləyə hazırlaşır. Donald Tramp Barak Obama tərəfindən imzalanan nüvə müqaviləsini ləğv etməyə hazırlaşır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...