Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Barda müğənnidən mahnı istəyən şəxsi döyərək öldürüblər - Dəhşətli hadisə

Türkiyənin Çorlu əyalətində iddialara görə, əyləncə məkanlarının birində müğənnidən istədiyi mahnını səsləndirməsini tələb edən şəxs döyülərək öldürülüb.

Metbuat.az bildirir ki, hadisə Muhittin məhəlləsində qeydə alınıb. 36 yaşlı Yetiş Akbulak əylənmək üçün getdiyi barda səhnəyə çıxan müğənnidən mahnı istəyib. Bundan sonra barın sahibləri ilə Yetiş arasında qarşıdurma baş verib.

Döyülərək bardan çölə atılan Akbulak ətrafdakı şəxslərin köməyi ilə xəstəxanaya aparılıb. Bu zaman onun öldüyü məlum olub.

Hadisə ilə əlaqədar 3 nəfər saxlanılıb. Araşdırmalar davam etdirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...