Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Almaniya həkimlərindən dəhşətli səhv - türk gəncin dalağı əvəzinə sağlam böyrəyini çıxartdılar

Almaniyada əməliyyat olunan türk gəncin başına inanılmaz hadisə gəlib. Dalağının sıradan çıxdığını əsas gətirən tibb əməkdaşları onu əməliyyat masasına yatırıblar. Əməliyyat başa çatdıqdan sonra isə xəstə və onun yaxınları gördüklərindən dəhşətə gəliblər. Məlum olub ki, həkimlər səhvən dalaq əvəzinə türk gəncin sağlam böyrəyini çıxardıblar. Bremen şəhərində baş vermiş hadisə böyük ajitaja səbəb olub. Dərhal polisə müraciət edən ailə həkimin nəzarətə götürülməsini tələb edib. Əməliyyatın həyata keçirildiyi xəstəxana baş vermiş hadisəni təsdiqləyib və olanlara görə üzr istəyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...