Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əmisi oğlu ilə eşq yaşayan arvadını öldürdü - Qanlı hadisə

Türkiyənin Kocaəli şəhərində ailə münaqişəsi zəmnində qətl hadisəsi baş verib.

Mynews.az  bildirir ki, 33 yaşlı Pınar Sayqılı əri tərəfindən qətlə yetirilib.

Məlumata görə, hadisə Ərəbçeşmə məhəlləsində qeydə alınıb. İddialara görə, evi tərk edən qadın evli əmisi oğlu ilə eşq münasibətləri yaşamağa başlayıb. Bundan xəbər tutan qadının 44 yaşlı həyat yoldaşı E.S. onu getdiyi evin qarşısında odlu silahla güllələyib.

Həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...