Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kürdlərlə savaş BAŞLANDI - VİDEO

İraqın şimalında Kürdüstan Muxtariyyəti ilə ölkənin mərkəzi hakimiyyətinə tabe qoşunlar arasında hərbi əməliyyatlar başlanıb.

İraq Kürdüstanı 2014-cü ildə ələ keçirdiyi Kərkük şəhərini tərk etmək istəmir. Səbəb neftdir.

Kərkükün cənubunda kürdlərin silahlı birləşmələri olan "peşmərgə"lərlə İraq hakimiyyətinə sadiq, könüllülərdən ibarət "Həşdi Şabi" dəstələri arasında atışma olub.

Atışmada 8 kürd və 12 "Həşdi Şabi" mənsubu həlak olub. "Həşdi Şabi"niin 7 zirehli "Hummer" avtomobili də yandırılıb.

Tuzhurmatu şəhərində də kürdlərlə "Həşdi Şabi" arasında atışmalar başlanıb. Atışmalar başlanan kimi Kürdüstan Vətənpərvərlər Birliyinin (KVB) birləşmələri döyüş bölgəsini tərk etməyə başlayıblar. Az sonra isə Kürdüstan Demokrat Partiyası (KDP) şəhərə 4-cü ordu və 2-ci briqadanın birləşmələrinin göndərildiyini deyib. Bu isə 8 min kürd "peşmərgə" deməkdir.

Duhok, Süleymaniyyə, Erbil şəhərindən kürd silahlılar Kərküklə Tuzhurmatuya axışırlar.

Hazırda Tuzhurmatu şəhərinin Təzə Hurmatu və Məryəm Bağı səmtlərində kürdlərlə "Həşdi Şabi" mənsubları arasında döyüşlər gedir.

Kərkük şəhərindəkim Məktəb Xalid məhəlləsi amansız atışma meydanına çevrilib. "Həşdi Şabi" döyüşçüləri kürdlərin K1 hərbi bazasına doğru irəliləyirlər.

İraq Kürdüstanında "müstəqillik" referendumu keçiriləndən sonra rəsmi Bağdad bu səsvermənin nəticələrini tanımadığını bəyan edib. İran, Suriya və Türkiyə İraqla sərhədləri bağlayıb, Kürdüstan Muxtariyyətiilə bütün əlaqələri kəsib.

Dəməşq, Ankara və Tehran "referendum" vasitəsilə "müstəqillik" elan etmiş İraq Kürdüstanı Muxtariyyətinə qarşı iqtisadi blokada və inzibati təcrid rejimini tətbiq edirlər.

İraq Kürdüstanının lideri Məsud Bərzani dünən bəyan edb ki, Kürdüstanda hava limanlarının, sərhəd keçid məntəqələrinin və İraq banklarının yerli bölmələrinin açılması ilə bağlı Bağdadla danışıqlara hazırdır.

Amma müəyyən şərtlərlə.

Bərzaninin dediyinə görə, Bağdadla kürdlər arasında əsas mübahisə mövzusu olan Kərkükün statusu diskussiya edilə bilməz. Yəni İraq kürdləri Kərkükü tərk etmək niyyətində deyillər.

Səbəb çox sadədir. İraqın neft ehtiyatlarının 10 faizinə malik olan Kərkükdəki "qara qızıl" Kürdüstan Muxtariyyətinin iqtisadiyyatının yəni gəlirlərinin əsasını təşkil edir.

Bağdad, təbii ki, Bərzaninin şərtləri ilə razılaşmayıb. Mosul və Nineviyada İŞİD üzərində az qala məğlubiyyətə bərabər qələbələrdən sonra xeyli zəifləyən İraq ordusunun indi, sadəcə, bəxti gətirir.

Belə ki, 4 gün əvvəl Həvicə şəhərini İŞİD terrorçularından təmizləyən İraq ordusunun komandanlığı Kərkükə 15 min döyüşçü yollaya bilib. Üstəlik, Kərkükə İranın təsiri və nəzarətində olan "Həşdi Şabi" dəstələri də yeridilib.

"Həşdi Şabi"yə hazırda İranın "İslam İnqilabının Keşikçiləri Korpusu"nun ("Pasdaran") tərkibindəki "Qüds"un komandanı, 60 yaşlı general Qasım Süleymani rəhbərlik edir.

Kərkükdə yaşayan türkmənlər də silahlanıblar. Onlar Kərkükün İraq Türkmənləri Muxtariyyətinin paytaxtı olduğunu deyirlər.

Rəsmi Bağdad İraq Kürdüstanı Muxtariyyətinin rəhbərliyinə yeni ultimatum yollayaraq kürd "peşmərgə"lərin Kərkükü 48 saat ərzində tərk etməsini istəyib.

Kərkükdə genişmiqyaslı hərbi əməliyyatlar başlanarsa, döyüşən tərəflərin hər biri ciddi itkilər və tələfatlar verəcəklər.

Ankara, Bağdad və Tehran triosuna qarşı duran Ərbil geri çəkilmək niyyətində deyil. M.Bərzani ABŞ və İsrailin dəstəyinə, ən başlıcası isə "peşmərgə"lərin ağır və reaktiv artilleriya, zirehli texnika və iriçaplı silahlarla təchiz olunmuş birliklərinə arxalanır.

Bağdad da anlayır ki, İraq Kürdüstanının hərbi potensialı zəif deyil.

Belə ki, İraq kürdləri indi 36 minlik "peşmərgə" dəstələrinə malikdir. Səfərbərlik elan olunanda isə kürdlər 120 minlik silahldı gücü İraq ordusuna qarşı çıxara bilər.

İraq ordusu isə Mosuldakı qələbədən sonra Kərkükdə zəfər çalarsa, sadəcə, darmadağın olacaq.

Kərkükdə indi əsəblər tarıma çəkilib. Tərəflərdən heç biri geriyə addım atmaq istəmir. Belə addım nüfuza öldürücü zərbə, simanın tam itirilməsidir.

Yeganə alternativ danışıqlardır.

Fəqət, o danışıqlar nə zaman olacaq - bilinmir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...