Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Avstraliyada təyyarə ticarət mərkəzinin üstünə düşdü - ÖLƏNLƏR VAR

Avstraliyanın Melburn şəhəri yaxınlığında yüngülmotorlu təyyarə ticarət mərkəzinin üzərinə düşüb.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində olan 5 nəfər ölüb. Onların ABŞ vətəndaşları olduğu ehtimal edilir. 

Təyyarə yerə çırpılandan  sonra güclü yanğın baş verib. Həmin vaxt ticarət mərkəzi bağlı olduğundan içəridə adam olmayıb.

Qəzanın səbəbləri barədə hələ ki, rəsmi məlumat verilmir. İlkin versiyaya əsasən, təyyarənin sağ mühərriki havaya qalxdıqdan sonra sıradan çıxıb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...