Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ukrayna hökuməti hərəkətə keçdi: Saakaşvili mitinqinə hazırlıq gedir

Ukrayna Radasının binasının ətrafında mühafizə gücləndirilib.

Mynews.az-ın Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə deputat Mustafa Nayem məlumat verib.

“Bütün küçə boyu tikanlı məftil çəkilib. Ancaq xüsusi ayrılmış yerlərdən Konstitusiya meydanına girmək mümkündür. Parlament binasının ətrafında isə Milli qvardiya və iki cərgə polis düzülüb”, - deyə Nayem bildirib.

Xatırladaq ki, bu gün Kiyevdə Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin rəhbərliyi altında mitinq keçiriləcək. Mitinq  zamanı M.Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkonun impiçmentinə nail olmağı planlaşdırır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...