Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkiyədə polis avtobusu partladıldı

Türkiyənin Mersin şəhərində polisin xidməti avtomobilinə hücum olub.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım maşınları və yanğınsöndürənlər cəlb olunub.

Məlumata görə, Yenişehir məhəlləsi Okan Merzeci bulvarında polis xidməti avtomobilinin keçidi zamanı partlayıcı qurğu işə salınıb. Nəticədə 12 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...