Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İdman dünyası şokda - "7 il mənə təcavüz etdi" - FOTOLAR

2012-ci ildə London Olimpiya Oyunlarında gimnastikadan qızıl medal qazanan Mak Kayla Maroney həyatı ilə bağlı etiraflar edib.

ABŞ komandasının üzvü olan çempion 7 il boyunca məşqçiləri tərəfindən təcavüzə məruz qaldığını açıqlayıb.

Maroney 13 yaşında ABŞ gimnastika komandasının həkimi Larri Nassar tərəfindən təcavüzə məruz qaldığını bildirib. 21 yaşlı idmançı deyib: "Uzunmüddətli uçuşlardan əvvəl yuxu dərmanı verdi və onun otel otağında oyandım Yaponiyada baş verən bu hadisədə məni müalicə etdiyini söylədi".

Uşaqbazlıq və cinsi istismar ittihamlarına görə həbs edilən Nassar haqqında məhkəmə 27 oktyabrda qərarını açıqlayacaq.

İdmançı bildirib ki, bənzər hadisələr bir çox ölkədə baş verir və qadınlar səslərini ucaltmalıdırlar.

Maroney bildirib ki, Larri bütün yarış və tədbirlərdən əvvəl fürsət taparaq ona təcavüz edib: "London olimpiya oyunlarından əvvəl də mənə təcavüz edib. Tokio dünya çempionatında isə ən ağır cinsi hücuma məruz qaldım. Topuğumdakı problemi həkimə göstərdim. Nassar isə mənə əli ilə təcavüz etdi".(olke.az)







 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...