Ərdoğan - “Bu terrorçuları müdafiə edirsinizsə, burada yollarımız ayrılır.”
“Bizim İraqdakı, Suriyadakı kürd qardaşlarımızla düşmənçiliyimiz yoxdur. İraq və Suriyadakı ərəblərə, türkmənlərə necə baxırıqsa, kürdlərə də eyni cür baxırıq. Bizim sadəcə və sadəcə terror təşkilatları ilə problemimiz var”.
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada 40-cı muxtarlar toplantısında çıxışında deyib.
R. T. Ərdoğan bildirib ki, Türkiyə terror təşkilatları ilə mübarizə apararkən onların dininə, dilinə, kimliyinə baxmır: “PYD və YPG çox təəssüf ki, kürdlərdən istifadə edən terror təşkilatlarıdır, PKK-nın qollarıdır. Kürd qardaşlarım, qüsura baxmayın, əgər bu terrorçuları müdafiə edirsinizsə, burada yollarımız ayrılır. Səmimi olmalıyıq. Mənim üçün türk, kürd, laz, çərkəz, abxaz ayrı-seçkiliyi yoxdur. Kürdəm demək ən təbii haqqınızdır, amma kürdçülük haqqınız deyil. Türkəm demək ən təbii haqqınızdır, amma türkçülük haqqınız deyil. Çünki bunlar bölücülükdür”.
Dünya
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
- İranda məktəbli oğlan anasının baş örtüyü ilə özünü asdı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 925 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 564 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 562 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 562 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 556 dəfə oxunub