Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sevgilisi ilə qaçmaq istəyən qız faciəvi şəkildə öldü

Türkiyənin Bursa şəhərində 16 yaşlı Kübra D. sevgilisi ilə qaçmaq istəyərkən 3-cü mərtəbədən yıxılaraq, ölüb.

Mələfələri bir-birinə bağlayan qız bununla 3-cü mərtəbədən həyətə enmək istəyib.

Qardaşlarının Kübranın sevgilisi ilə görüşməsinə qadağa qoyması onun bu addımı atmasına şərait yaradıb. 4 il öncə atasını, 1 il əvvəl isə anasını itirən gənc qızı qardaşları Semih D. və Sinan D. evə həbs edib. 

2 gün sevgilisindən xəbər ala bilməyən Engincan iki dostu ilə onu qaçırmaq üçün binanın önünə gəlib.

2 il görüşdüyü sevgilisi ilə qaçmaq qərarına gələn qız faciə qurbanı olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...