Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dünyanın ən kədərli toyu - Toya heç kəs gəlmədi-FOTO

Çində baş verən toy mərasimi bütün dünyanın marağına səbəb olub.

"Ölkə.Az" xəbər verir ki, gənc cütlüyün toyuna dəvət edilən 300 nəfərdən demək olar ki, heç kəs getməyib.

Hadisə ötən həftə sonu baş verib. Çinin bir neçə vilayəti güclü tufana təslim olub. Bu səbəbdən bir çoxları evini tərk etməmək qərarına gəlib.

Amma fırtına Çjou Tyan adlı gəlini dayandıra bilməyib. Bəzədilmiş böyük salonda demək olar ki, bir-iki nəfər qonaq olub. 300 nəfər dəvət edilmiş qonaqdan cəmi 10 nəfər yaxın qohumlar toyda iştirak edib.

Çjou nikaha girəndə deyib: "Qonaqlar yoxdur, heç nə olmaz, məni heç kəs dəstəkləmir, eybi yox, feyverklər yoxdur, eybi yox. Mənə təkcə sən lazımsan. Sənin bura yağışda islanmış halda gəlməyin heç nəyi dəyişdirmir. Dünya dağılsa da, mən səninlə evlənəcəm".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...