Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənistanda hərbi hissədə partlayış - Ölən və yaralananlar var

Qarabağdakı Ermənistan hərbi hissələrindən birində partlayış olub, xeyli sayda ölən və yaralanan var

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altındakı Xocavənd rayonunda dislokasiya olunan hərbi hissələrindən birində partlayış baş verib.
Bu barədə Ermənistanın sosial şəbəkə istifadəçiləri xəbər yayıblar.

Məlumatda hadisənin oktyabrın 19-da baş verdiyi və xeyli sayda ölən və yaralananın olduğu qeyd edilib.
Hadisə yerinə xeyli sayda təcili yardım maşınları və digər xüsusi texnika cəlb edilib.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Partlayış baş verən ərazidə müxtəlif qurumların vəzifəli şəxslərindən ibarət komissiya işləyir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...