Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

MSK nümayəndələri Gürcüstandakı seçkiləri müşahidə edir

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndələri Gürcüstanda yerli idarəetmə orqanlarına keçirilən seçkiləri müşahidə edir.

Mynews.az-ın  APA-ya istinadən verdiyi xəbərə görə, MSK-nın katibi Mikayıl Rəhimov və katiblik rəhbərinin müavini Həsən Kazımzadə Tbilisi şəhərində yerləşən üç seçki məntəqəsində səsvermə prosesini izləyiblər.

M.Rəhimov seçki prosesinin sakit şəraitdə keçdiyini deyib: “Səsvermə prosesi zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb. Seçicilər səsvermədə həvəslə iştirak edirlər”.

Onun sözlərinə görə, müşahidələrin nəticələri  Gürcüstan MSK-da müzakirə olunacaq: “Axşam saat 23:00-da müşahidələrimizlə bağlı rəyimiz Gürcüstanın Mərkəzi Seçi Komissiyasına təqdim olunacaq”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...