Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Münhendə bıçaqlı şəxs insanlara hücum edib

Almaniyanın Münhen şəhərinin tarixi mərkəzində, Rozenhaymerplaç meydanında naməlum şəxs bıçaqla insanlara hücum çəkib.

Mynews.az-ın xəbərinə görə, bu barədə şənbə günü, oktyabrın 21-də, yerli polis öz Twitter  səhifəsində məlumat verib.

Qeyd olunur ki, hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Cinayətin motivlər hələlik məlum deyil, insanlara hücum edən şəxs axtarılır.

Polis şəhər sakinlərindən evlərini tərk etməməyi xahiş edib.

Axtarılan şəxsin 40 yaşlı kişi olduğu və velosipedlə hərəkət etdiyi bildirilir.

Oxu.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...