Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Təcavüzə uğrayan qadınlar özləri günahkardır" - Ərəb şeyxdən fitva

Səudiyyə Ərəbistanlı din xadimi Əhməd bin Səad Əl Qarni qadınların zorakılığa məruz qalmasında özlərinin günahkar olduğunu deyib.

O, qadınların kişiləri zina etməyə təşviq etdiklərini bildirib.

"Allaha and olsun, əgər bir kişi qadına təcavüz etsə, qadın evə qayıdıb ağlayacaq ki, onun ləyaqətinə toxunublar. Qadın evdən çıxmazdan əvvəl makiyaj edib, ətir vurur ki, bu da fahişəlikdir" - din xadimi bu sözləri açıqlamasına əlavə edib.

Əl Qarninin bu sözlərdən sonra Səudiyyə Ərəbistanındakı qadınların sərt reaksiyası ilə üzləşib.

"O bilməlidir ki, artıq hər gün hicab və niqab geyinən qadınlar belə zorakılığa məruz qalırlar" - Reema adlı tələbə deyib.

26 sentyabrda krallıqda qadınların avtomobil idarə etməyə icazə verilməsi ilə bağlı qərar qəbul olunub. Bu qanun 2018-ci ilin iyulunda qüvvəyə minəcək. Hazırda Səudiyyə Ərəbistanı qadın zorakılığının cinayət hesab olunması haqqında düşünür.

///Milli.Az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...