Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiyada ailəni yanğından qurtaran azərbaycanlı polis danışdı

Rusiyanın Sverdlovsk vilayətində bir ailəni yanğından xilas edən azərbaycan əsilli YHTDİ-nin (Yol Hərəkəti Təhlükəsizliyinin Dövlət inspeksiyası) əməkdaşı Baxış Kərimov hadisə ilə bağlı danışıb.

Mynews.az-ın Oxu.az-a istinadən verdiyi məlumata görə, Kərimov hadisə yerinə təsadüfən gəlib. 

“Mən növbəm bitdikdən sonra evə gedirdim və alov gördüm. Yanğınsöndürənlərə zəng etdim, sonra şüşəni sındırıb içəri girdim. Orada qadın və kişi yatırdı. Onları oyadanda dedilər ki, evdə dörd uşaq  da var”, - deyə Kərimov bildirib.

O bildirib ki, o vaxta qədər iki anbarı və hamamı da alov bürümüşdü. Polis uşaqların (2-7 yaş arası iki qız və iki oğlan) yatdığı otağa daxil olub və onları bir-bir çıxararaq, analarına ötürüb.

“Heç kimdən qorxum yoxdur. O an qorxu haqda düşünmürdüm. Lazımdırsa, demək ki, lazımdır. Bu, bizim işimizdir. Hər kəs ağlayırdı, valideynlər də, uşaqlar da. Onlar hələ də şokdadırlar”, - deyə polis bildirib.

Rusiya mətbuatı isə yazır ki, əgər polis əməkdaşı işdən 15 dəqiqə gec çıxsaydı, ev tamamilə yanmış olacaqdı. Hazırda YHTDİ-də B.Kərimovu mükafatlandırmaq üçün sənədlər hazırlayırlar.

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...