Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qızını qaçıran oğlandan əvəzində bacısını istədi - Namus davası qətllə bitdi

Qaziantepdə təxminən 3 ay öncə məruz qaldığı silahlı hücum zamanı dünyasını dəyişən Ali Çelikin (49) ona olan təklifi qəbul etmədiyi üçün öldürüldüyü ortaya çıxıb.

Mərhumu qətlə yetirənlər  Ali  Coşkun, oğlanları Celalettin, Mehmet və qardaşı Seyfettin Coşkun ilə qardaşı oğlu M.C.  (17) haqqında "əlbir olaraq qətlə yetirmək" iddiası ilə barələrində cinayət işi açılıb.

Təqsirləndirilən Ali Coşkunun qızı Meryemin Ali Çelikin oğlu Mehmet ilə qaçdığına görə, "Coşkunun, Çelikin qızını oğluna verəcəyi təqdirdə barışmağı qəbul edəcəyini" söylədiyi haqda məlumata yer verilən iddianamədə şübhəlilərin Ali Çelikin təklifi rədd etməsindən sonra namus bəhanəsiylə öldürmək planı qurduqları açıqlanıb.

Şübhəlilərin Ali Çeliki öldürmək üçün iki həftə təqib edərək plan qurduqları qeyd edilən iddianamədə olay günü bazardan qayıdan  Çeliki Ali Coşkun ilə oğlu Mehmetin tüfənglə qətlə yetirdikləri qeyd edilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...